Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Dünya / Serbiya qarışıb: Prezident sarayı və polis idarəsi mühasirədə

Serbiya qarışıb: Prezident sarayı və polis idarəsi mühasirədə

Belqradda vəziyyət gərginləşib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, nümayişçilər prezident sarayı qarşısındakı polis kordonunu yararaq, sarayı mühasirəyə alıblar.

Nümayişçilər əl-ələ tutaraq himn oxuyur və prezident Aleksand Vuçiçin onların qarşısına çıxmasnı tələb edirlər. Bundan əlavə, nümayişçilər polis idarəsinin qarşısına toplaşaraq, saxlanılan yoldaşlarının azad edilməsini tələb edirlər.

Buna qədər müxalifət nümayəndələri RTS telekompaniyasının binasını ələ keçirmişdilər. Amma az sonra nümayişçiləri binadan çıxarmaq mümkün olub və efir bərpa edilib.

Etiraz aksiyası iştirakçıları hökumət və prezidentin istefasını tələb edirlər.

Qeyd edək ki, hazırkı prezident Aleksandr Vuçiçə qarşı etirazlar ötən ilin dekabrınadan başlayıb.

Həmçinin oxuyun

Fransa Senatının üzvü Natali Quledən Azərbaycana böyük dəstək: – “Ürəyimizdə hiss etdiyimiz Qarabağ…”

AzTV-nin əməkdaşı, tanınmış tele-jurnalist Elnar Məmmədli müəllifi və aparıcısı olduğu “Hədəf” verilişində Fransa Senatının üzvü …