Cümə axşamı , İyun 17 2021
Ana səhifə / Dünya / “Seçkilər çox ağır və çətin olacaq” – Akopyan

“Seçkilər çox ağır və çətin olacaq” – Akopyan

Erməni siyasi ekspert Viqen Akopyan Ermənistanda planlaşdırılan növbədənkənar parlament seçkiləri barədə bədbin proqnoz verib.

O, seçkilərin qalmaqallarla yadda qalacağını proqnozlaşdırır:

“Çox sərt və çətin seçkilər olacaq. Hakim partiyanın seçkilərdə qazanması üçün kifayət qədər səsi yoxdur. Əllərindəki resurslardan maksimum istifadə etməyə çalışacaqlar. Erməni Milli Konqresinin müəyyən həddi aşmaq üçün ciddi mübarizə aparacağını istisna etmirəm․ Onların öz sadiq seçiciləri var. Paşinyanın seçicilərindən səslər ala bilərlər”, -deyə erməni ekspert bildirib.

Qeyd edək ki, Ermənistanda erkən parlament seçkiləri iyunun 20-də keçiriləcək. Azvision.az

Həmçinin oxuyun

“ABŞ çıxırsa, biz də çıxmalıyıq” – Kılıçdaroğlu

Türk əsgəri Talibanla üz-üzə qalmamalıdır.  Axar.az xəbər verir ki, bunu CHP sədri Kamal Kılıçdaroğlu deyib. “Amerikanın …