Ana səhifə / Dünya / Seçki qovğası Türkiyə iqtisadiyyatının başında çatlaya bilər – TƏHLİL

Seçki qovğası Türkiyə iqtisadiyyatının başında çatlaya bilər – TƏHLİL

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 08 aprel 2019-cu il

Seçki günü səsvermə prosesi hələ davam edərkən yazdığım yazıda hansı partiya qalib gəlirsə gəlsin, tətbiq edilməli olanın sadəcə bir iqtisadi resept olduğunu, onun BVF ilə anlaşma əldə edilmədən tətbiq ediləcək acı bir resept olacağını, Türkiyənin xilas olmasının ancaq bu respet tətbiq edildiyi təqdirdə, orta müddətdə mümkün ola biləcəyini yazmışdım.

Bu yazdıqlarım siyasi ritorika hesab edilməsin deyə, yazını səsvermə prosesi davam edərkən yazmağa diqqət etdim və sonra nəticələr məlum olanda da yazıya dəyişiklik etmədim.

Cəsur olmaq lazımdır

Lazım olanı cəsarətlə etmək üçün Türkiyədə hazırlıqların görülməsi haqqında mesajlar Vaşinqtona gəlirdi.Hətta Maliyyə və xəzinə naziri Berat Albayrak Türkiyənin bu yeni iqtisadi “yol xəritəsi”ni ABŞ-ın biznes dairələrinə və beynəlxalq təşkilatlara yaxın olan şəxslərin də iştirak edəcəyi bir toplantıda qlobal investorlara anlatmaq üçün 14 apreldə Vaşinqtonda olacaqdı. Cümlədə keçmiş zaman şəkilçisi istifadə etdiyimə görə, proqramda bir dəyişiklik olduğunu düşünməyin. Bu ana qədər bu yöndə gələn hər hansı bir xəbər yoxdur.

Ancaq mənim bir qorxum var

Görəsən, bu anadək səslərin sayılması davam edən seçkinin nəticələrinə görə İzmir, Ankara, İstanbul, Adana və Antalyanı itirmiş bir iqtidar ölkənin qəti ehtiyac duyduğu və tətbiq edilmədiyi halda, uzun vədədə daha pis nəticələr doğura biləcək bir iqtisadi resepti – proqramı eyni cəsarətlə açıqlayıb həyata keçirməyə başlayacaqmı?

Buna şübhəm var. Seçki öncəsinədək proqramın həyata keçiriləcəyinə güvənilərək hazırlıqlar davam etdirildi. Bu proqram həyata keçirildiyi təqdirdə, ilk mərhələdə yenə çətinliklər ola bilər, lakin orta vədədə tunelin sonunda işıq görünə bilər. Yəni, Türkiyənin yenidən yüksəlişə keçməsi üçün son ümid burada idi.

Ölkə üçün nə lazımdırsa edilməlidir

Əgər siyasi maraqlar naminə bu zəruri reseptin tətbiq edilməsindən vaz keçmək yoluna gedilərsə, Türkiyəyə əsil pislik məhz o zaman edilmiş olar. Bu olduğu təqdirdə, CHP-li qardaşlarım da daxil olmaqla, “Kaş İstanbulu udmayaydıq, iqtidar da iqtisadiyyatda lazım olanları cəsarətlə edəydi” deyə bilərik. Çünki iqtisadi proqramın lazım olan formada tətbiq ediləmədiyi halda, orta və uzun vədədə bizi daha böyük əziyyətlər gözləyir.

Mənim yeganə ümidim Prezident Ərdoğanın, bütün siyasi riskləri göz önünə alaraq, edilməli olanların edilməsinə izin verməsinədir. Cəsur olacağına və ölkəmiz üçün edilməli olanları edəcəyinə inancım var. CHP-nin də tətbiq ediləcək acı reseptin qaçınılmaz olduğunu, bunun başqa çarəsinin olmadığını görüb bu iqtisadi proqrama, əgər gözlənilən mahiyyətdə açıqlanarsa, dəstək verəcəyinə inanıram. Çünki həll edilməli olan bu problem ölkəmizin, hamımızın problemidir. Elm isə yeganə bir dəqiq həll yolu olduğunu göstərir. Bu məsələ siyasi mübarizə aparılacaq yer deyil.

Əgər bu gün heç bir güzəştə gedilmədən bir iqtisadi proqram açıqlanarsa, vətənpərvərliklərinə tam inandığım AKP-li və CHP-li qardaşlarım böyük bir uzlaşma ilə ona birgə və tam dəstək verərək, arxasında durmalıdırlar.

Bunu uşaqlarımıza, nəvələrimizə borcluyuq.

Ümid edirəm ki, bu gün bunu heç kim unutmayacaq.

Tərcümə Strateq.az-ındır

Həmçinin oxuyun

Ukrayna prezidentindən təəccüblü hərəkət – VİDEO

Ukrayna prezidenti Vladimir Zelenski avtomobilinin olduğu yerə daha tez çatmaq üçün fəvvarələrin arasından qaçaraq keçib.Kadrlar …