Şənbə , Fevral 4 2023
Ana səhifə / Dünya / Şavkat Mirziyoyevin Qırğızıstana səfəri təxirə salındı

Şavkat Mirziyoyevin Qırğızıstana səfəri təxirə salındı

Özbəkistan prezidenti Şavkat Mirziyoyevin Qırğızıstana səfəri sonrakı tarixə təxirə salınıb.

Bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat yayıb. “Səfər yenidən planlaşdırılıb. Hələlik dəqiq tarix məlum deyil, lakin bu, dekabrın sonuna qədər baş tutacaq”, – XİN-dən bildirib.

Qeyd edək ki, Ş. Mirziyoyev dekabrın 10-da Bişkekə uçmalı idi. Səfərin təxirə salınması barədə qərar Qırğızıstan və Özbəkistan prezidentləri arasında aparılan danışıqlardan sonra qəbul edilib.

Həmçinin oxuyun

Rusiya təkcə Ukraynadan deyil, Gürcüstandan da çıxmalıdır – Zurabişvili

“Rusiya sərhədlərinin harada olduğunu öyrənməlidir”. Modern.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili “Bloomberg” …