Ana səhifə / Dünya / “Sarmatdan”-dan “Xəncərə” qədər – Putinin danışdığı fantastik silahlar (VİDEO)

“Sarmatdan”-dan “Xəncərə” qədər – Putinin danışdığı fantastik silahlar (VİDEO)

Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətində ölkənin ən son hərbi nəaliyyətlərini təqdim edib. O, bunların sadəcə fantastika olduğunu vurğulayıb.
Vladimir Putin çıxışının 45 dəqiqəsini dünyada analoqu olmayan silahlara həsr edib.

“Sarmat” Ballistik raketi

Putinin sözlərinə görə, Rusiyada “Sarmat” ağır qitələrarası ballistik raketlərin aktiv sınağına başlanılıb. O, bəyan edib ki, raketin uçuş məsafəsi ilə bağlı heç bir məhdudiyyəti yoxdur və o istənilən Hava Hücumundan Müdafiə (HHM) sistemindən yayınmaq imkanına malikdir. Yeni raket kompleksləri SSRİ-də yaradılan “Voveda” komplekslərini əvəzləyəcək. “Sarmat” onu uçuş məsafəsinin uzaqlığı, hərbi blokların sayı və gücünə görə üstələyir. Putin qeyd edib ki, raketlər həm cənub, həm də şimal qütbündə hədəfləri vurmaq qabiliyyətinə malikdir və heç bir Hava Hücumundan Müdafiə sistemi ona mane ola bilməz.

Nüvə mühərrikli yeni qanadlı raketlər

Fəaliyyət radiusu məhdudiyyəti olmayan və gözlənilməz uçuş trayektoriyasına malik nüvə mühərrikli yeni qanadlı raketlər uğurla sınaqdan keçirilib. Raket hədəfə uçarkən ballistik uçuş trayektoriyasından istifadə etmədiyi üçün Hava Hücumundan Müdafiə (HHM) sistemləri onların qarşısında gücsüzdür.

Bu qurğu dağları və raket əleyhinə, həmçinin hava hücumuna qarşı müdafiənin zonalarını dolanmaq imkanına malikdir. Videoda raket Rusiya ərazisindən qalxaraq Sakit okeanda raket əleyhinə müdafiə sistemləridən keçib, Cənubi Amerika qitəsini dolanıb və daha sonra ABŞ-ın Şərq sahillərinə çatıb.

Putin vurğulayıb ki, Rusiyadan başqa bu silah heç kimdə hələlik yoxdur: “Digərlərində olsa onda bizim uşaqlar yeni nəsə yaradacaqlar”. Prezident raketlərin uzaqlığın “praktiki olaraq məhdudiyyətsiz olduğunu” vurğulayıb və qeyd edib ki, nüvə mühərrikli yeni qanadlı raketlərin sınağı 2017-ci ilin yekunlarında uğurla sınaqdan keçirib.

Hipərsəsli “Xəncər”

Putin, həmçinin “Xəncər” hipersəsli aviasiya-raket kompleksinin yaradıldığını elan edib və bu sistemin sınağının keçirilmə kadrları göstərib. Onun sözlərinə görə, daşıyıcı təyyarələrin xüsusiyyətləri raketi “dəqiqələr” ərzində atış nöqtəsinə çatdırmağa imkan verir. Hipersəslə (səs sürətini on dəfə keçir) uçan raket traktoriyanın bütün sahələrində manevr həyata keçirə bilər.


Putin əlavə edib ki, bu raketə mövcud və perspektivdə olacaq istənilən Hava Hücumundan Müdafiə və Raket Əleyhinə Müdafiə Sistemlərini aşmağa imkan verir. Raket iki kilometr məsafədə olan nüvə və adi başlıqları çatdırmağa imkan verir. 2017-ci ilin dekabrında aviasiya-raket kompleksi Cənub-Hərbi Dairəsinin hava limanlarında silahlanmaya qəbul olunub.

Sualtı dronlar

Rusiyada çox böyük dərinliklərdə və qitələrarası uzaqlıqlarda sualtı qayıqlardan, torpeda və gəmilərdən dəfələrlə sürətlə hərəkət etməyə imkan verən sualtı pilotsuz uçuş aparatları yaradıblar. “Bu sadəcə fantastikadır” – deyə Putin vurğulayıb.

O, qeyd edib ki, bu aparatlar “olduqca səssizdir, böyük manevr qabiliyyətinə malikdir və düşmən üçün əlçatmazdır”. Onlar həm adi, həm də nüvə silahları təchiz oluna bilər və geniş spektrdə hədəfləri vura bilər.


“Avanqard” raket kompleksləri

Prezidentin danışdığı digər hipersəsli silahdan biri də perspektivli strateji raket kompleksi olan “Avanqard” raket kompleksləridir. Putinin sözlərinə görə, raket uğurla sınaqdan keçirilib və Rusiya sənayesi onun seriya buxarılışlarına başlayıb. Prezident qeyd edib ki, bu raketlər atmosferin sıx qatlarında hipersəsli sürətlə qitələrarası məsafəni qət edə bilər.
“Avanqard”ın qanadlı bloku trayektoriyadan 1000 kilometr ayrılaraq manevr həyata keçirmək qabiliyyətinə malikdir ki, bu da onu istənilən növ raket əleyhinə sistemlər üçün görünməz edir. Putin qeyd edib ki, zərbə bloku hədəfə “meteorit, yanan şar” kimi uçur.


Hərbi lazer kompleksləri

Rusiyada yeni fiziki prinsiplər əsasında yeni perspektivli silahlar – hərbi lazer kompleksləri yaradıb. 2017-ci ildən etibarən onlar Rusiya ordusunda silahlanmaya qəbul olunub. Prezident bu silahların detalları barədə məlumat verməsə də qeyd edib ki, Rusiya bu məsələdə digər ölkələrlə müqayisədə xeyli irəliləyib.


AzVision.az

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …