Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Dünya / Sarkisyanın qohumlarının biznes-imperiyalarında yoxlamalar aparılır

Sarkisyanın qohumlarının biznes-imperiyalarında yoxlamalar aparılır

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qudası Ara Minasyanın sahibi olduğu Yerevandakı “İşıqlandırıcı Qriqori” tibb mərkəzində ölkənin Səhiyyə Nazirliyi tərəfindən yoxlamalar aparılır.

“Sputnik” xəbər verir ki, yoxlamalar iki ay davam edəcək, lakin artıq ilk mərhələdə pozuntular aşkar olunub. Hələlik bu pozuntuların nədən ibarət olması barədə məlumat verilmir. Əldə olunan informasiya hüquq-mühafizə orqanlarına təqdim ediləcək.

Elə bu gün Ermənistan İstintaq Komitəsi Serj Sarkisyanın mühafizəsinin rəhbəri Vaçaqan Kazaryana (“Vaço”) məxsus olan, Yerevanın mərkəzində yerləşən “Yans” restoran kompleksində aparılmış yoxlamalar barədə hesabat verib. Burada hesabatlarda qeydə alınmamış 1 milyon 441 min dollar həcmində nəqd pul aşkarlanıb.

Həmçinin oxuyun

Gürcüstan parlamenti ilk oxunuşda “rus qanunu”nu qəbul etdi

Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib.83 deputat “lehinə” səs …