Ana səhifə / Dünya / Sarkisyanın daha bir qardaşı həbs edilir

Sarkisyanın daha bir qardaşı həbs edilir

Ermənistanın sabiq prezident və baş naziri Serj Sarkisyanın qardaşı Levon Sarkisyan və onun qızı Ani Sarkisyan barədə axtarış elan edilib.
Azinforum.az erməni KİV-inə istinadən xəbər verir ki, Sarkisyan ailəsinin üzvləri qeyri-qanuni yolla zənginləşmə və əmlakına dair informasiya verməkdən yayınmaqda ittiham edilirlər. Levon Sarkisyan barədə həbs qərarı verilib, qızı Ani və oğlu Narekə isə ölkəni tərk etmək qadağan edilib.
Qeyd edək ki, Levon Sarkisyan İordaniya, Suriya, Tunis kimi ölkələrdə səfir vəzifəsində çalışıb.
Sarkisyanın digər qardaşı Aleksandr və oğulları barədə də ötən günlərdə istintaq prosesinə start verilmiş həbs edilmişdilər.

Həmçinin oxuyun

İsraildə “Eurovision”a etiraz

Qüdsdə ortodoksal yəhudilər “Eurovision” müsabiqəsinin şabbatda keçirilməsinə etiraz ediblər. The Times of Israel xəbər verir ki, …