Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Sarkisyan Türkiyəyə barışıq təklif etdi

Sarkisyan Türkiyəyə barışıq təklif etdi

“Mənim təşəbbüsümlə başlayan Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi ölkələrimiz və bölgə üçün yeni imkanlar yarada bilər”

AzVision.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Serj Sarkisyan Münhen Təhlükəsizlik Konfransında deyib.

Sarkisyan çıxışı zamanı təklif edib ki, Türkiyə ilə danışıqlar yeni sənəd üzrə aparılmalıdır:

“Türkiyə Ermənistanla sərhədi bağlı saxlamaqda davam edir. Əminliklə deyə bilərəm ki, vəziyyəti nizamlamaq məqsədilə Ermənistan əlindən gələni edib. Bununla belə münasibətlərin qurulmasına dair protokollar kağız üzərində qalıb”

Sarkisyan, həmçinin deyib: “Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına Azərbaycan mane olurmu? Xeyr. Əsas maneə Türkiyə liderlərində siyasi iradənin olmamasıdır. Biz daim Türkiyədən cavab addımlarının atılmasını gözləyə bilmərik. Protokollar mövcud şəraitə əsaslanaraq imzalanıb. Danışıqlar artıq yeni sənəd üzərində aparılmalıdır”.

Həmçinin oxuyun

Simonyan Rusiyaya işğalçı dedi – Moskvadan qorxaq cavab 

Alen Simonyan bütün ağlasığmaz sərhədləri keçib. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının …