Ana səhifə / Dünya / Sarkisyan Səudiyyə Ərəbistanına getdi

Sarkisyan Səudiyyə Ərəbistanına getdi

Ermənistan prezidenti Armen Sarkisyan Səudiyyə Ərəbistanına işgüzar səfərə gedib.

Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, Sarkisyanı Ər-Riyad hava limanında Səudiyyə Ərəbistanının xarici işlər üzrə dövlət naziri Adel əl-Cubeyr qarşılayıb. Bildirilir ki, indiyədək Ermənistan və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələr olmayıb və erməni rəsmilər indiyədək bu ölkəyə səfər etməyiblər. Mətbuat xidməti Sarkisyanın səfərini tarixi addım adlandırıb. 

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …