Bazar ertəsi , Noyabr 28 2022
Ana səhifə / Dünya / “Sarallar” əməliyyatı: “Polat Alemdar”la bağlı yeni GƏLİŞMƏ

“Sarallar” əməliyyatı: “Polat Alemdar”la bağlı yeni GƏLİŞMƏ

“Kurtlar Vadisi”ndə Polad Ələmdar rolu ilə məşhurlaşan Necati Şaşmaz polis əməliyyatı nəticəsində xilas olunub.

Cebhe.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə “Sarallar” qruplaşmasına qarşı keçirilən əməliyyat yekunlaşıb. 63 ayrı əmələ görə ittiham olunan qruplaşmada Necati Şaşmazın da adı hallanır.

İttihama görə, Necati Şaşmaz boşanma prosesində olduğu həyat yoldaşını təhdid edərkən, qayınatası Ahmet Kaşıkçı həmyerlisi və yaxın tanışı, qruplaşmanın rəhbəri Ələddin Saraldan kömək istəyib. Bununla bağlı bütün telefon danışıqları dinlənilib. “Sarallar” hərəkətə keçmədən əvvəl polisin keçirdiyi əməliyyat nəticəsində aktyor xilas olub.

Qruplaşmaya qarşı ittihamlarda 169 müttəhim, 58 şikayətçi var. Necati Şaşmazın “qurban” olduğu iddiamnamədə onun keçmiş qayınatası Ahmet Kaşıkçıya da “terror təşkilatına yardım” ittihamı ilə 4 ilə qədər həbs cəzası istənilib.

Həmçinin oxuyun

Çində etirazlar başladı – Xalq hakimiyyətin dəyişməsini istəyir+Video

Çinin paytaxtı Pekin və bir çox şəhərlərdə etirazlar başlayıb. “Azinforum.az” xarici KİV-ə istinadən xəbər verir …