Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Sankt-Peterburqun yeni qubernatoru bakılı ola bilər – Putin təklif edib

Sankt-Peterburqun yeni qubernatoru bakılı ola bilər – Putin təklif edib

Rusiya Prezidenti Vladimir Putin Prezidentin Şimal-Qərb Federal Dairəsi üzrə nümayəndəsi Aleksandr Beqlova Sankt-Peterburqun qubernatoru vəzifəsini yerinə yetirməyi təklif edib.

Moderator.az AzərTac-a istinadən xəbər verir ki, Sankt-Peterburqun vəzifəsindən istefa vermiş qubernatoru Georgi Poltavçenko Birləşmiş Gəmi Təmiri Korporasiyasına rəhbərlik edəcək.

Qeyd edək ki, Georgi Poltavçenko Bakıda anadan olub. O, 2011-ci ildən Rusiyanın Şimal paytaxtının qubernatoru vəzifəsində çalışırdı.

Aleksandr Beqlov da Bakıda doğulub. O, Sankt-Peterburqun vitse-qubernatoru, Rusiya Prezidentinin köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini və bir sıra digər məsul vəzifələrdə çalışıb.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …