Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Sanksiyalar bərpa olunarsa, İran nüvə tədqiqatlarını davam etdirəcək

Sanksiyalar bərpa olunarsa, İran nüvə tədqiqatlarını davam etdirəcək

İrana qarşı yeni sanksiyaların tətbiq olunacağı təqdirdə rəsmi Tehran razılaşmadan çıxaraq nüvə tədqiqatlarını davam etdirəcək.

“Azərtac” xəbər verir ki, bu bəyanatı İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ mətbuatında sanksiyaların bərpa edilməsi haqqında dərc olunan xəbərlərə münasibət bildirərkən verib.

Nazir bildirib ki, İran üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini isə deyib ki, təmsil etdiyi qurum ABŞ ilə İrana qarşı yeni sanksiyaların tətbiqini müzakirə etməyib.

Xatirladaq ki, ABŞ Prezidenti Donald Trampın İrana qarşı kəskin bəyanatları və 2015-ci ildə rəsmi Tehran ilə Qərb dövlətlərinin hazırladıqları Birgə Fəaliyyət Planından birtərəfli qaydada çıxmaq istəyi Avropadakı müttəfiqləri tərəfindən dəstəklənmir.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …