Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Samir Şərifova qarşı Rusiyada ETİRAZ AKSİYASI… – Müraciət.

Samir Şərifova qarşı Rusiyada ETİRAZ AKSİYASI… – Müraciət.

2020-ci il yanvarın 7-də Rusiya paytaxtında yerləşən Foodsity topdan satış məntəqəsində Bakıda, “Sovetski” deyilən ərazidəki qanunsuzluqlara etiraz olaraq piket keçiriləcək.

Etirazçıların AFN-ə verdiyi məlumata görə, əsasən azərbaycanlılar və yəhudilərin çalışdığı məntəqədə yəhudi mənşəli “Sovetski” sakini A.Baazovanın evinin dövlət ehtiyacları üçün sökülməsi, nəzərdə tutulan kompensasiyanın isə ödənilməməsinə etiraz olaraq piket keçirilməsi nəzərdə tutulur. Piket səhər 10-da keçiriləcək. Eyni tarixdə və saatda Bakıda, 1 saylı İnzibati-iqtisad məhkəmənin önündədə piket keçirilməsinə dair qərar qəbul edilib. A.Baazovanın evi ötən il özünün icazəsi və razılığı olmadan yerlə bir edilib. Bu haqda A.Baazovaya məlumat veriləndən sonra ona müvafiq olaraq kompensasiya ödənəcəyi bildirilib. Lakin A.Baazovaya Nazirlər Kabinetinin qərarında nəzərdə tutulduğu qaydada – hər kvadrata görə 1500 manat deyil, 1300 manat təklif olunub. A.Baazovanın etirazından sona ona ümumiyyətlə kompensasiya ödənilməsindən qanunsuz olaraq imtina edilib. Ötən həftə yaşanan cinayətə bərabər qanunsuzluğa Azərbaycanda fəaliyyətdə olan nüfuzlu Yəhudi Humanitar Mərkəzi “Xesed Qerşon”un rəhbəri Şavul Davidov etiraz ifadə olunan mövqe ortaya qoyub. Ölkə başçısına müraciət ünvanlayan Şavul Davidov Bakının “Sovetski” deyilən ərazisində İsrail vətəndaşının evinin sökülməsi, lakin bu günə qədər müxtəlif bəhanələrlə kompensasiya ödənilməsi məsələsi həllini tapmadığını yazıb.

Müraciəti təqdim edirik:

“Hörmətli cənab prezident!

Bakının “Sovetski” deyilən ərazisində İsrail vətəndaşı A.Baazovanın mülkiyyətində olan evi özünün razılığı olmadan söküblər, ev əşyalarının məhv edib v əona ödənilməli olan kompensasiya ödənmir. Təşkilat olaraq bu qanunsuzluqdan narahatçılıq ifadə edir, A.Baazovanın kompensasiyasının ödənilməsinə göstəriş vermənizi xahiş edirik. Təşkilatın və İsrail vətəndaşının nümayəndəsi dəfələrlə “Sovetski” adlanan ərazidə yerləşmiş və sökülmüş evinin kompensasiyasının ödənilməsi məqsədi ilə yaradılmış Komissiyada, Maliyyə Nazirliyinin məsul şəxslərinin qəbulunda olmuş, lakın hər dəfə müxtəlif bəhanələr ilə kompensasiyanın ödənilməsi uzadılmışdır.

Sonuncu dəfə nümayəndəyə maliyyə naziri Samir Şərifovun qəbuluna getməyi məsləhət görülmüşdür. Təəssüf hissi ilə bildiririk ki, Azərbaycan Respublikası maliyyə nazirinin qəbuluna müxtəlif bəhanələr ilə düşməyə maneələr törədilir. Bildiririk ki, Komisiyannın dəlilləri heç bir hüquqi əsası yoxdur. Evə dair sənədlər mövcuddur, hətta kommunal hesablarda vardır və dəflərələ komissiyaya təqdim edilib. Bir daha bildiririk ki, İsrail vətəndaşının evinin sökülməsi nəticəsində kompensasiyanın ödənilməsindən yayındığından Mərkəz bu hadisəni pisləyir. Belə xoşagəlməz hadisənin baş verməsi, davam etdirilməsini Azərbaycandakı Yəhudi İcması pisləməklə ölkəbaşçısı cənab İlham Əliyevdən yaranmış problemin həlle dilməsinə dair göstəriş verməsini xahiş edir”.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …