Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / Şamaxı məktəbi ilə İzmit Kocaeli məktəbi arasında onlayn görüş oldu

Şamaxı məktəbi ilə İzmit Kocaeli məktəbi arasında onlayn görüş oldu

Türkiyə Azərbaycan Dərnəklər Federasiyasının rəhbəri Bilal Dündarın təşəbbüsü ilə  İzmit Kocaeli şəhərinin Cümhuriyyət orta okulu ilə Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbi arasında imzalanan qardaşlıq müqaviləsinin şərtlərinə uyğun olaraq,   məktəblərin qarşılıqlı təcrübə mübadiləsi aparması nəzərdə tutulub. 

Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbin direktoru Gülnur Babaşovanın Azinforum.az-a verdiyi məlumata görə, hər iki məktəbin rəhbərliyinin dəstəyi ilə kollektivlər arasında onlayn görüş keçirilib. 

Onlayın görüşdə müəllimlər arasında təhsil mövzusunda disskusiya aparılıb, şagirdlərin fikirləri dinlənilib, tərəfləri maraqlandıran suallar aydın və dolğun şəkildə cavablandırılıb:

“Türkiyədən olan müəllimləri ən çox maraqlandıran suallardan biri də pandemiya dövründə məktəblərdə dərslərin hansı şəkildə tədris olunmsı ilə bağlı idi. Təbii ki, Azərbaycanda onlayn formada dərslər yüksək səviyyədə təşkil olunub. Onların diqqətinə pandemiya vəziyyətinə uyğun dərs prosesinin qurulmasının detallarını çatdırmağa çalışdım. Bildirdim ki, Təhsil Nazirliyinin bir başa təşkilatçılığı və dətəyi ilə dərslər müxtəlif internet proqramları, hesabları üzərindən qurulub. Dərslərin Wotsap, TİMS, ZOOM vasitəsi səmərəli təşkilindən həm şagirdlər, həm müəllimlər, həm valideynlər razı qalıblar. Təhsil Nazirliyi dərslərin proqramını da hazırlayıb sosial şəbəkələrdə, KİV orqanlarında,xüsusən nazirliyin televiziyasında yayımlayıb. Fikirlərimi rəhbərlik etdiyim məktəbin müəllimləri, şagirdləri də təsdiqlədilər”. 

Gülnur Babaşovanın sözlərinə görə türkiyəli həmkarları dərsləri eyni sistem üzərində təşkil etdiklərini vurğulayıblar, gələcəkdə bu təcrübənin genişləndirilməsinin vacibliyini qeyd ediblər. 

Videogörüş belə tədbirlərin mütəmadi keçirilməsinin qərara alınamsı ilə yekunlaşıb.  

Həmçinin oxuyun

Simonyan Rusiyaya işğalçı dedi – Moskvadan qorxaq cavab 

Alen Simonyan bütün ağlasığmaz sərhədləri keçib. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının …