Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / “Şalvarımı Aygünün başına keçirərdim?”- Kənan M.M

“Şalvarımı Aygünün başına keçirərdim?”- Kənan M.M

Rejissor Kənan M.M-in “Qafqazinfo”ya müsahibəsi:

– “Ay brilliant” filmi gözlədiyiniz nəticəni verdimi?

– Film haqda pis heç bir fikir eşitmədim. Bu film 4-5 il öncə çəkilsəydi, film sahəsi yaxşı inkişaf etdiyi üçün  “Ay brilliant” gülünc vəziyyətdə qala bilərdi. Filmin janrı, qəhrəmanları bəllidir. Qəhrəman Şəmidir, Şöşüdür. Ekran işi həftəlik efirə gedən süjetin böyük forması idi.

– Filmdə jarqon ifadələr, qurşaqdan aşağı zarafatlar üstünlük təşkil edir. belə ifadələrin istifadəsi nə qədər vacibdir?

– Səsləndirilən tənqidlərlə razıyam. Amma iki cür film var. Biri hamı, digəri isə yalnız kinosevərlər üçün çəkilir. “Ay brilliant” kinosevərlər üçün çəkilən ekran işidir.  Biz  bizdən əvvəl yayımlanan filmlərdə gördük ki, tamaşaçı nələrə gülür. Ona görə jarqon ifadələrdən istifadə etdik. Düşünürəm ki, 10 il sonra indi güldüyümüz filmlərə gülməyəcəyik.

– Siz hansı filmləri bəyəndiniz?

– Heç bir filmə aşiq olmadım. Film sahəsinin indiki vəziyyətini nəzərə alsaq, çəkilən yerli filmləri qənaətbəxş saymaq olar.

– Yeni film çəkilişlərinə başlamısınız. Bu ekran işi digərlərindən nə ilə fərqlənir? 

– İlqar  Fəhminin “Vampir” əsəri əsasında çəkilir. Filmin adı “Gecə qonağı”dır,  sentyabrda yayımlanacaq. Artıq hazırdır. Danışmaqdan çox göstərməyi xoşlayıram. Ona görə dilim də, dilçəyim də var. Baş rolda Fərda Xudaverdiyev oynayıb.  Özünü dram janrında sınayıb. Hamıya qəribə gələr ki, yumorist necə dram oynayıb? Fərda çox bacarıqlıdır. Bu film hamını təəccübləndirəcək.

– Müğənni Vüqar Muradovla münasibətləriniz necədir?

–  Bir cümlə deyəcəm, özünüz başa düşəcəksiniz. Heç vaxt hər şey əvvəlki kimi olmayacaq.

– Aygün Kazımova “Ay brilliant” filminin qala gecəsində ətəyini sizin üstünüzə atdı və sizə atmacalar atdı. Bu durum qarşısında niyə susdunuz?

– Mən orada əsəbləşmədim, sadəcə yerimi dəyişdim. Elə şeylər var ki, onlar məni təəccübləndirmir. Çoxları mənə niyə susduğumu irad tutdu. Bəs nə edərdim? Mən də şalvarımı Aygünün başına keçirərdim?

– Həyat yoldaşınız bu hadisəni necə qarşıladı?

–  Bizim ailədə baş verən hadisələrə yalnız mən reaksiya verərəm.   Heç kimin mənim hərəkətimə irad tutmağa həddi çatmaz. Elə olmalıydı, elə də oldu. Mənə yaraşan susmaq idi.

– Sosial şəbəkələrdə aktivsiniz. Hətta paylaşdığınız şeirlər və fotolar bir mənalı qarşılanmır. Bəziləri özünüzü yeniyetmə kimi apardığınızı bildirir.

–   Həmişə demişəm, yenə deyirəm. Yaradıcı insan digərlərindən normal olmamalıdır. Onun həyat, yaşam tərzi fərqli olmalıdır. İnsanın düşməni yoxdursa, o normal  insan deyil. Ora mənim səhifəmdir, evimdir, nə istəyirəmsə, edirəm. O vəziyyətə çatmışıq ki, insanlar evimizə girib əşyalarının yerini dəyişmək istəyir. Bu xuliqanlıqdır, əxlaqsızlıqdır. Şəkilə fikir bildirə bilərsən, amma onun şəxsi həyatına, şəxsiyyətinə toxuna bilməzsən.

– Sosial şəbəkələrdə sizi təhqir edənlərə necə cavab verirsiniz?

– Sosial şəbəkə qaranlıq otaqdır, səni hardan vurduqlarından xəbərin olmur. Onlarav monitorun arxasında gizlənib yumruqatan deyilir . Onlara baş qoşmuram.

– Hazırda çəkilən kliplərdən razısınızmı? 

–  Mən kliplərə baxmıram. Onu bilirəm ki, əvvəl klipləri çəkməyə rejissor, indi kamera lazımdır.

–  Vəziyyət niyə bu həddə çatıb?

–  İndiki halımıza şükür etməliyik. 10 il sonra kino da belə olacaq. Günah film, klip çəkdirəndədir. Ancaq efirdə olmaq istəyirlər. İşin keyfiyyəti onları maraqlandırmır.

– Bildiyimiz kimi artıq film də çəkirsiniz, dünyaca məhşur film rejissorlarından kimlərin işlərini bəyənirsiz? 

–  Rus rejissor Sergey Badro, Tarantinonu bəyənirəm.

– Gənc rejissorların yetişməsi üçün Azərbaycanda lazımı təhsil səviyyəsi və şərait varmı?

– Rejissorların yetişməsi üçün şərait var. Texnika var, hər kəs video-rolik, klip çəkə bilər. Mən tələbə olanda kurs işim üçün çox çətinliklə video çəkdim.  Universitet insana nəzəriyyə öyrədir. İstedad isə insana ana bətnində ya verilir, ya verilmir. Təhsil nəzəri və  şərti olan bir şeydir. Rejissor təcrübədə öyrənir.

–  Kənan hər zaman şiddətə meyilli, aqressiv biri kimi görünür və belə təqdim edilir. Kənan həqiqətənmi belə insandır?

–  İmam Əli deyir ki, əlinin içində firuzə bir daş saxlamısan. Kənardan sənə deyirlər ki,  firuzə qaş deyil, çürük qozdur, yarpaqdır. Amma sən özün əlindəkinin qiymətli daş olduğunu bilirsən. Əsas budur. Kim nə deyir, desin. Mən güzgüyə baxanda özümü tanıyıram.

– Şou biznessdən iki nəfər siz və Elza Seyidcahan şeir yazır. Elza Seyidcahanla sizin şeirləriniz arasında nə fərq var?

– Əli qələm tutan hər kəs şeir yaza bilər.  Əliağa Vahid, Nizami, Elza, Kənana kimi yaza bilər. Bunlar fərqli-fərqli üslublardır.

– Kənan M.M kim kimi yazır?

– Mən  ağlıma gələni yox,  hislərimin mənə hökm etdiyini kağıza köçürürəm.

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …

Bir cavab yazın