Cümə , Sentyabr 30 2022
Ana səhifə / Dünya / Salman Rüşdi çıxışı zamanı hücuma məruz qaldı -VİDEO

Salman Rüşdi çıxışı zamanı hücuma məruz qaldı -VİDEO

Hindistan əsilli britaniyalı yazıçı Salman Rüşdi Nyu-Yorkda “Chautauqua” İnstitutunda mühazirəsindən əvvəl hücuma məruz qalıb.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Nəşrin məlumatına görə, naməlum şəxs səhnəyə çıxaraq Ruşdini çıxışına başlamamış döyməyə başlayıb. Hücum edən şəxs saxlanılıb. Ehtimal ki, onun əlində bıçaq olub.

S.Ruşdi Hindistanın Bombey (indiki Mumbay) şəhərində anadan olub. Yazıçının “Şeytan ayələri” romanı müsəlmanların şiddətli etirazına səbəb olub. İranın dini lideri ayətullah Xomeyni fətvasında Ruşdini açıq şəkildə lənətləyərək onu, o cümlədən kitabın nəşrində iştirak edən bütün şəxsləri ölüm hökmünə məhkum edib və dünya müsəlmanlarını bunu yerinə yetirməyə çağırıb.

Yazıçı 2016-cı ildə 2000-ci ildən yaşadığı ABŞ vətəndaşlığını alıb.

https://baku.tv/embed/58877

Həmçinin oxuyun

“Putin nə düşünübsə, onu da edəcək” – Ərdoğan

Onun sözlərinə görə, Ukraynanın bəzi vilayətlərində Rusiyaya daxil olmaqla bağlı “referendum”ların keçirilməsi və Rusiyanın qismən …