Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Dünya / Şahnazarovdan şok: Rusiyada elə bir xaos başlayacaq ki..

Şahnazarovdan şok: Rusiyada elə bir xaos başlayacaq ki..

Moskva Ukraynadakı savaşda məğlub olsa, Rusiya daxilində heç bir kəs xilas ola bilməyəcək. Bu zərbə hamıya dəyəcək.

Axar.az xəbər verir ki, bu fikirləri Rusiyanın “Rossiya 1” kanalında yayımlanan “Vladimir Solovyovla axşam” proqramının efirində Karen Şahnazarov bölüşüb.

“Hazırda Rusiya daxilində belə Kremlin Ukraynada məğlub olmasını istəyənlər var. Biz bunu bilirik. Lakin bir acı həqiqəti qəbul etmək lazımdır. Moskva məğlub olsa, hamımız məhv olacağıq. Elə bir xaos başlayacaq ki, heç kim xilas ola bilməyəcək. Heç soruşan da olmayacaq ki, sən hansı tərəfdə idin, sağçı idin, yoxsa solçu idin… Rusiyanın içində olan qatı qərbyönümlü LGBT nümayəndələri belə məhv olacaq. Rusiya ətçəkən maşını xatırladacaq”, – deyə o qeyd edib.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …