Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / Sahibsiz itlər küçəyə atılan körpəni yedi

Sahibsiz itlər küçəyə atılan körpəni yedi

Tayvanda itlər anası tərəfindən küçəyə atılmış yeni doğulan körpəni diri-diri yeyiblər.

Oktyabrın 8-i 19 yaşlı Tayvan sakini oğlan uşağı dünyaya gətirib. Bir neçə saat sonra o, 28 yaşlı həyat yoldaşının köməyi ilə uşağı plastik qaba qoyub. Daha sonra cütlük velosipedə minərək uşağı küçədə qoyub və oradan uzaqlaşıb.

Axtarış nəticəsində gənc qız və həyat yoldaşı internet-kafedə tapılıb. Onların qohumlarından gizlənərək orada yaşadıqları məlum olub. Gənc qız polislərə yeni doğulan körpəsini küçədə atıb getdiyini etiraf edib. Hadisə yerinə gələn polislər otların içindən körpə uşaq sümükləri tapıblar. Onlar uşağı itlərin parçalayaraq yediyini təxmin ediblər.

Cütlüyə hansı cəzanın veriləcəyi qeyd olunmayıb. /bizimyol.info

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …