Cümə , Aprel 23 2021
Ana səhifə / Dünya / Sabiq prezidentin 20 illik həbs cəzası dəyişmədi

Sabiq prezidentin 20 illik həbs cəzası dəyişmədi

Cənubi Koreyanın Ali Məhkəməsi korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə 20 il həbs cəzası almış keçmiş prezident Park Kın He barədə qərarı qüvvədə saxlayıb.

Bu barədə “TASS” ölkənin KBS kanalına istinadla məlumat yayıb.

Ümumilikdə, keçmiş prezident 2016-cı il parlament seçkilərinə qanunsuz müdaxilə etdiyi üçün iki il də daxil olmaqla 22 il həbsxanada cəza çəkməli olacaq.

Pak Kın He 2017-ci ilin martında impiçment edilib. 2018-ci ilin iyul ayında birinci instansiya məhkəməsi keçmiş prezidenti rüşvət ittihamı ilə 15 il, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə 5 il həbs cəzasına məhkum edib. Ayrıca 18 milyard von (16 milyon dollar) cərimə kəsib.

Azvision.az

Həmçinin oxuyun

Beynəlxalq İqlim Sammitində Putin Makronun sözünü kəsdi – VİDEO

Beynəlxalq İqlim Sammiti zamanı texniki nasazlıq baş verib. “Korrespondent” nəşrinin məlumatına görə, Fransa prezidenti Emmanuel …