Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Dünya / “Şaban” haqqında sənədli film çəkildi

“Şaban” haqqında sənədli film çəkildi

Türkiyə kinosunda adını qızıl hərflərlə yazan, məşhur “Yeşilçam” aktyoru Kemal Sunalın həyatı haqqında sənədli film çəkilib.

19 il öncə vəfat edən aktyorun filmi həyat yoldaşı Gül Sunal, övladları Ali və Ezo Sunl tərəfindən hazırlanıb.

Aktyorun oğlu Ali Sunal filmdə atasının bu günə kimi heç kəsin görmədiyi şəkil və videolarının təqdim olunacağını bildirib.

İki il öncə çəkilişləri yekunlaşan film yaxın günlərdə tamaşaçılara təqdim olunacaq.

Qeyd edək ki, Kemal Sunal “Yeşilçam” filmlərində “Şaban” obrazı ilə tanınıb.

Həmçinin oxuyun

İran mediası Makronu şeytana bənzətdi- “Paris İblisi…”

Paytaxt Tehranda mühafizəkar bir qəzet olan “Vətən Emrooz” Fransa prezidenti Emmanuel Makronun İslam dininə qarşı …