Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Dünya / Saakaşviliyə Baş nazir postu təklif edildi – VİDEO

Saakaşviliyə Baş nazir postu təklif edildi – VİDEO

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Moldova Baş naziri Maya Sandunun Kişinyovdakı “islahatçılar komandasına başçılıq etmək” təklifindən imtina edib.

Oxu.az xəbər verir ki, o, bunu canlı yayım zamanı bəyan edib.

“Hələ onun sələfi və onun bəzi yoldaşları də mənə hətta Moldovanın Baş naziri olmağı belə təklif etmişdilər. Mən bu təklifə belə cavab verdim ki, mən dəvət əsasında çalışan Baş nazir deyiləm. Moldovanlara hörmət edirəm, lakin mən yaşadığım yerdəcə oğrularla mübarizə aparacağam”, – o qeyd edib.

M.Saakaşvili deyib ki, “onun komandasından olan uşaqlar”, həqiqətən də, Kişinyova gedə bilərlər, lakin o, Kiyevdə qalaraq, Ukraynadakı siyasi mübarizədə iştirak etməyi üstün tutur. 

Həmçinin oxuyun

Pakistan Fransaya nota verdi

Pakistanın Xarici İşlər Nazirliyi Fransanın İslamabaddakı səfirliyinə Parisdəki antiislam kampaniyası ilə əlaqədar etirazını bildirib. Azinforum.az …