Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Dünya / Saakaşvilinin partiyasına yeni sədr seçildi

Saakaşvilinin partiyasına yeni sədr seçildi

Bu gün Gürcüstanın müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasının qurultayı keçirilib.

Sabiq prezident Mixail Saakaşvilinin lideri olduğu partiyanın yeni sədri elektron səsvermə ilə müəyyən edilib.

Sədrliyə yeganə namizəd olan keçmiş xarici işlər naziri Qriqol Vaşadze səs çoxluğu ilə partiyanın rəhbəri seçilib. 

Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili martın 18-də Vahid Milli Hərəkat partiyasının sədri postundan istefa verib. O, bu qərarını partiyasına Gürcüstana gələrək rəhbərlik etmək imkanının olmaması ilə əlaqələndirib. (Azvision.az)

Həmçinin oxuyun

İran mediası Makronu şeytana bənzətdi- “Paris İblisi…”

Paytaxt Tehranda mühafizəkar bir qəzet olan “Vətən Emrooz” Fransa prezidenti Emmanuel Makronun İslam dininə qarşı …