Şənbə , Oktyabr 16 2021
Ana səhifə / Dünya / Saakaşvilinin atası oğluna müraciət etdi: “Xahiş edirəm, aksiyanı dayandır…”

Saakaşvilinin atası oğluna müraciət etdi: “Xahiş edirəm, aksiyanı dayandır…”

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin atası Nikoloz Saakaşvili oğlunu aclıq aksiyasına son qoymağa çağırıb.

Bu barədə onun “Facebook” səhifəsində paylaşım edilib. O, oğlunu düşmənin dəyirmanına su tökməməyə və indi daha çox mübarizə aparmağa dəvət edib:

“Bu mərhələdə oğlum Mişa ilə başqa heç bir ünsiyyət vasitəm yoxdur. Ümid edirəm ki, heç olmasa sosial şəbəkələr vasitəsilə səsimi ona çatdıra bilərəm. “Mişa, bir həkim və bir ata kimi sənə müraciət edirəm. Aclıq sənin sağlamlığına mənfi təsir edəcək. Xahiş edirəm, aksiyanı dayandır. Gələcəkdə düşmənlərlə mübarizə üçün güc və enerji topla. Bu qərarı ver. Tezliklə görüşərik””.

Qeyd edək ki, Gürcüstanın eks-prezidenti səkkizinci gündür aclıq aksiyasına başlayıb. Bu gün isə vəkili Baka Basliya onun vəziyyətinin pisləşməsi ilə bağlı məlumat yayıb. Yeniavaz.com

Həmçinin oxuyun

Masaj salonunda təcavüz – Hamilə qadını zorladılar

ABŞ-da 9 aylıq hamilə qadın masaj salonunda masajçı tərəfindən təcavüzə məruz qalıb. 30 yaşlı masajçı tərəfindən …