Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Saakaşvili yəhudilərlə qohum oldu

Saakaşvili yəhudilərlə qohum oldu

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin ABŞ-da yaşayan böyük oğlu Eduard ailə həyatı qurub.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Eduard Saakaşvili əslən yəhudi ailəsindən olan qızla evlənib. ABŞ-da keçirilən toya gedən Mixail Saakaşvili gənclərin evliliyi ilə bağlı açıqlama verib: “Gəlin çox yaxşı qızdır. Onun hansı millətdən olması önəmli deyil. Onun ailəsi çox yaxşıdır və dostsevərdir”.

Qeyd edək ki, Eduard Saakaşvili keçən il ABŞ-da təhsilini qurtardıqdan sonra Pensilvaniyada radiojurnalist kimi işləməyə başlayıb. Mixail Saakaşvilinin kiçik oğlu Nikoloz anası – əslən holland olan Sandra Rulovsla birgə Tiflisdə yaşayır. Mixail Saakaşvilinin özü isə həyat yoldaşının vətənində yaşayır.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …