Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Saakaşvili Ukraynaya qayıdacaq

Saakaşvili Ukraynaya qayıdacaq

Gürcüstanın eks-prezidenti və Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili Ukraynaya qayıtmaq qərarına gəlib.

“Qafqazinfo” xəbər verir ki, hazırda Hollandiyada yaşayan Saakaşvili aprelin 1-də Kiyevə gedəcəyini bəyan edib.

Bu barədə jurnalist Dmitri Qordona müsahibə verən qubernator bildirib ki, artıq həmin tarixə biletini də alıb: 

“Aprelin 1-də “Borispol”da enməyi düşünürəm. Əminəm ki, Poroşenko seçkilərin ikinci turuna keçə bilməyəcək. Və bundan daha çox əmin olduğum odur ki, turu keçməyən şəxsin əmrini-məni Ukraynaya buraxmamağı heç bir sərhədçi yerinə yetirməyəcək”.  

Qeyd edək ki, M.Saakaşvili 2018-ci il fevralın 12-də Ukraynadan Polşaya deportasiya edilmişdi. O, daha sonra Hollandiyaya köçərək orada yaşamağa başlayıb.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …