Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Dünya / Saakaşvili: “Ukraynada dövlət yoxdur…”

Saakaşvili: “Ukraynada dövlət yoxdur…”

“Ukraynada dövlət yoxdur, məmurlar onu sıxışdırıblar”.

Virtualaz.org bildirir ki, bunu Ukrayna Milli İslahatlar Şurası İcra Komitəsinin rəhbəri Mixail Saakaşvili “Ukrayna24” telekanalına açıqlamasında deyib.

“Ukraynada mövcud olmayan bir dövlətin adından çıxış edən məmurlar var. Çünki dövlət odur ki, hamı üçün birdir, hamı üçün ədaləti təmin edir, hamını qoruyur. Ukraynada bu harada mövcuddur? Ukraynada bir yığın məmur var, bu məmurların hər qrupunun da öz patronu”, – deyə M.Saakaşvili vurğulayıb.

O həmçinin əlavə edib ki, Ukraynada insanların həyat səviyyəsi onların hansı qrupa mənsub olması ilə müəyyənləşir: “İnsanlar sanki qulağında çip ilə doğulur: Mən o qrupun və ya bu qrupun nümayəndəsiyəm. Bəs dövlət haradadır? Dövlət sadəcə yoxdur”.

Həmçinin oxuyun

“Paşinyan da bunu başa düşür” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Cənubi Qafqaz regionunda yeni nizam yaradılır və Ermənistanın …