Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Dünya / Saakaşvili Putini siçanla oynayan pişiklə müqayisə etdi

Saakaşvili Putini siçanla oynayan pişiklə müqayisə etdi

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Rusiya prezidenti Vladimir Putinin Gürcüstana sanksiyalar qoyulmasına dair parlament çağırışından imtina etməsini şərh edib. “Qafqazinfo”nun məlumatına görə, siyasətçi bu barədə “Rustavi 2” telekanalına müsahibəsində danışıb.  

“Bu, siçanla oynayan pişikdir: ölkəmiz bu vəziyyətdədir”, – Saakaşvili bildirib.

Eks-prezident situasiyadan çıxış yolunu ölkə rəhbərliyinin dəyişdirilməsində gördüyünü açıqlayıb.

Xatırladaq ki, “Rustavi 2” telekanalının aparıcısı Georgi Qabuniya “Postskriptum” proqramında Rusiya prezidenti Vladimir Putin və onun valideynlərinin ünvanına rus dilində qeyri-etik ifadələr və söyüş işlədib. Onun bu cür davranışı hər iki ölkə arasında qalmaqala səbəb olub. Gürcüstan prezidenti Salome Zurabişviliisə Rusiya hakimiyyətinə səslənərək onları radikal gürcü qüvvələrinin təxribatlarına cavab verməməyə çağırıb. 

Həmçinin oxuyun

İran mediası Makronu şeytana bənzətdi- “Paris İblisi…”

Paytaxt Tehranda mühafizəkar bir qəzet olan “Vətən Emrooz” Fransa prezidenti Emmanuel Makronun İslam dininə qarşı …