Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Saakaşvili oktyabrın 2-də Tbilisiyə qayıdır

Saakaşvili oktyabrın 2-də Tbilisiyə qayıdır

“Oktyabrın 2-nə Tbilisiyə bilet almışam”. Bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili feysbuk səhifəsi vasitəsilə etdiyi videomüraciətində deyib.

O, həmin günün axşamı Tbilisidə Gürcüstan xalqının iradəsini müdafiə edəcəyini bildirib: “Sizinlə birgə Gürcüstanın xilasında iştirak edəcəm. Bunu özüm üçün etmirəm, heç bir şəxsi ambisiyam, hər hansı vəzifə istəyim yoxdur. Mən uşaqlarımızın gələcəyi üçün mübarizə aparacam”.

Sabiq dövlət başçısı Kiyev-Tbilisi istiqaməti üzrə aldığı aviabiletin fotoşəklini də paylaşıb. Biletdən aydın olur ki, o, oktyabrın 2-də, yerli vaxtla saat 23:05-də anası Giuli Alasaniya ilə birlikdə Tbilisiyə çatacaq.

Qeyd edək ki, oktyabrın 2-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək. (Report)

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …