Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Dünya / “Saakaşvili çevriliş hazırlayır” – Baş prokuror

“Saakaşvili çevriliş hazırlayır” – Baş prokuror

Mixail Saakaşvilinin Ali Rada qarşısında mitinq keçirən tərəfdarları çevriliş etməyi planlaşdırırlar, lakin hakimiyyət buna imkan verməyəcək.RİA Novosti-nin məlumatına görə, belə bir bəyanatla Ukrayna baş prokuroru Yuri Luçenko çıxış edib.
Luçenko onu da vurğulayıb ki, həmin qrup xaricdən maliyyələşir və bunu sübut edəcək.

O həmçinin bildirib ki, dinc etiraz hüququ güc çevrilişi etmək üçün hazırlaşmaq anlamına gəlmir. Bu çevriliş planını isə təxminən 150-200 nəfərlik qrup başladıb.
Baş prokurorun sözlərinə görə, həmin qrup avtomat silah əldə edərək güc metodları ilə hərəkət etmək niyyətindədir.

Yuri Luçenko əlavə edib ki, “bu planlaşdırılmış çevrilişdə “vətəndaşlığı olmayan qastrolçular” da iştirak edirlər. Bunlar o şəxslərdir ki, Saakaşvili Odessa qubernatoru olarkən “qiymətli mədəniyyət xadimləri kimi” onlara ölkədə daimi yaşamağa icazə verilməsini rəsmiləşdirməyə nail olmuşdu.

“İndi Saakaşvilini silahla məhz onlar… həmin xadimlər qoruyurlar, onlar eyni düşərgədədir və çevriliş planlaşdırırlar, amma bu keçməyəcək!” — Lusenko bildirib.

Həmçinin oxuyun

Avropa Komissiyası İrana qarşı sanksiyaları genişləndirə bilər

Avropa İttifaqının rəhbərliyi aprelin 14-nə keçən gecə İsrailə hücuma görə İrana qarşı sanksiyaların genişləndirilməsi məsələsinə …