Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Dünya / Saakaşvili canlı efirdə gürcü xalqını küçələrə səslədi – “Seçki saxtalaşdırılıb”

Saakaşvili canlı efirdə gürcü xalqını küçələrə səslədi – “Seçki saxtalaşdırılıb”

Gürcüstanın 3-cü prezidenti Mixail Saakaşvili canlı efirdə gürcü xalqını küçələrə çıxmağa və vətəndaş itaətsizliyinə çağırıb.
Avropa.info aznews.az-a istinadən xəbər verir ki, Saakaşvili ölkənin hazırkı rəhbərlərini seçkini kütləvi saxtalaşdırdıqlarına görə ittiham edib və bildirib ki, seçicilərin əksəriyyətinə pul verilib.
Mixail Saakaşvili “Gürcü arzusu” partiyasının lideri Bidzina İvanişvilini “çirkli oliqarx” adlandırıb: “Bu şəxs qanunu, konstitusiyanı, demokratiyanı və seçki institutunu tapdalayıb. Mən gürcü cəmiyyətinə səslənərək deyirəm ki, bu seçkinin nəticələrini qəbul etməsinlər”.
ABŞ-ın Edison Research şirkətinin apardığı ekzit-pola görə qadın namizəd Salome Zurabişvili səslərin 55, müxalifətçi Qriqol Vaşadze isə 45 faizini qazana bilib.
Bu nəticələr elan edildikdən sonra Bidzina İvanişvili partiyanın mərkəzi ofisinin qarşısında seçicilərə minnətdarlığını bildirib.
Xatırladaq ki, Salome Zurabişvili hələki seçkilərin nəticələri haqda heç bir açıqlama verməyib.

Həmçinin oxuyun

Gürcüstan seçkiləri: Baş nazir Saakaşvilini həbs edəcəyini deyir

Gürcüstanın baş naziri Georgi Qaxariya keçmiş prezident Mixil Saakaşvilinin lideri olduğu “Vahid milli hərəkat” partiyasının …