Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Şəxsi məlumat xarakterli kamera görüntülərini paylaşanlara cinayət işi açılacaq

Şəxsi məlumat xarakterli kamera görüntülərini paylaşanlara cinayət işi açılacaq

Türkiyədə sübut və ya şəxsi məlumat xarakterli təhlükəsizlik kamera görüntülərini paylaşanlar haqqında cinayət işi açılacaq.

Sputnik Azərbaycan “Haberler“ə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Daxili işlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, məqsəd, sübut və ya şəxsi məlumat xarakterli təhlükəsizlik kamera görüntülərinin yayılmasının qarşısını almaqdır.

Daxili işlər naziri Süleyman Soylunun imzası ilə yerlərə göndərilən sənəddə cinayət və cinayətkarlara qarşı mübarizə çərçivəsində təhlükəsizlik kameralarının dövlət və özəl sektor tərəfindən səmərəli istifadə edildiyi xatırladılıb. Kameraların 24 saat işlədiyi bildirilib.

Sənəddə təhlükəsizlik kameraları vasitəsilə dəlil və ya şəxsi məlumat xarakteri daşıyan görüntülərin yayılmasının istintaqın gizliliyinə, cinayətkarlığa qarşı mübarizəyə, özəl həyatın gizliliyinə mənfi təsir göstərdiyinə görə cinayət olduğu vurğulanıb.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …