Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / “Səudiyyəni 4, Türkiyəni 3, İranı 6 yerə bölmək istəyirlər” – Əhmədinejad

“Səudiyyəni 4, Türkiyəni 3, İranı 6 yerə bölmək istəyirlər” – Əhmədinejad

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad dünya güclərinin region ölkələri ilə bağlı “yol xəritəsi”nin olduğunu, Səudiyyə Ərəbistanı, Türkiyə və İranı parçalamaq istədiklərini iddia edib.

O, bu barədə “Independent Türkçe”yə müsahibəsində danışıb.

“Səudiyyə Ərəbistanını dördə, Türkiyəni üçə, İranı altıya bölmək istəyirlər. Bölgədəki ölkələri parçalayıb kiçik və zəif dövlətlərə çevirmək istəyirlər. Bu, onların “yol xəritəsi”dir. Bundan yayınmaq üçün yeganə yol region ölkələrinin birləşməsindən keçir”, – Əhmədinejad bildirib.

Eks-prezident böyük güclərin Türkiyə, İran və Səudiyyə Ərəbistanının güclənməsini istəmədiklərini söyləyib:

“İkinci Dünya Müharibəsindən sonra qalib gələn beş ölkə özlərindən heç kimin nüvə gücü və qüdrətli ölkə olmayacağı ilə bağlı razılığa gəldi və buna uyğun qərar qəbul etdilər. Onlar istəmirlər ki, bizim ölkələr güclü və nüfuzlu olsunlar”.

Ukraynadakı müharibəyə toxunan Əhmədinejad qeyd edib: “Rusiyanın Ukraynaya hərbi hücumu çərçivəsində Çin Tayvana, ABŞ isə İrana hücum etmək istəyir”.

O, ABŞ, Rusiya və Çinin dünya üçün yeni plan hazırlamağa çalışdığını iddia edib:

“Bunlar dünyanın dəyişmə prosesində olduğunu təsdiqləyir. Bütün dünya yeni layihəyə daxil edilir. Ukraynaya hücumda dünyanın transformasiyaya uğradığı, şərtlərin dəyişdiyi üzə çıxdı. Bu, mənim fikrimdir. Nəticələrini görəcəksiniz. Onlar planın birinci hissəsini həyata keçirirlər. Biz bu planın həyata keçirilməsinin qarşısını almağa çalışırıq, çünki bu, çoxlu günahsız insanın həyatı bahasına başa gələcək”. (teleqraf.com)

Həmçinin oxuyun

“Paşinyan da bunu başa düşür” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Cənubi Qafqaz regionunda yeni nizam yaradılır və Ermənistanın …