Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Səudiyyədə reform: şallaq cəzasından sonra, bu da ləğv edildi

Səudiyyədə reform: şallaq cəzasından sonra, bu da ləğv edildi

Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz edam cəzasının məhdudlaşdırılması ilə bağlı qərar imzalayıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, qərara əsasən 18 yaşdan kiçik cinayətkarlara edam cəzasının verilməsi qadağan edilib. Həmçinin həmin şəxslərin cəzalarını 10 ildən çox olmamaqla təcrid kameralarında çəkəcəkləri açıqlanıb.

Qeyd edək ki, 18 yaşdan aşağı cinayət törətmiş şəxslərə edam cəzasının məhdudlaşdırılması son 1 həftədə beynəlxalq insan hüquqları standartlarına əsasən qəbul edilən ikinci belə qərardır. Bundan öncə isə ölkədə şallaq cəzası götürülüb.

Həmçinin oxuyun

Simonyan Rusiyaya işğalçı dedi – Moskvadan qorxaq cavab 

Alen Simonyan bütün ağlasığmaz sərhədləri keçib. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının …