Ana səhifə / Dünya / Səudiyyə Ərəbistanında qadın şahzadələrin də həbsi başladı

Səudiyyə Ərəbistanında qadın şahzadələrin də həbsi başladı

Səudiyyə Ərəbistanında korrupsiya ilə əlaqədar aparılan istintaq çərçivəsində kişi şahzadələrdən sonra qadın şahzadələrin də həbs olunması barədə məlumatlar yayılıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, şahzadə qadınların bir otelə yerləşdirildiyi bildirilir.

Nəzarətdə saxlanılan şahzadələrin qaldıqları oteldə qapılar və pəncərələr dəyişdirilib, təhlükəsizlik tədbirləri artırılıb.

Qeyd edək ki, həbslər vəliəhd şahzadə Məhəmməd ibn Salmanın əmri ilə həyata keçirilir.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …