Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Şəhərin mərkəzində “Range Rover”ə hücum edildi – Ölən və yaralanan var (FOTO)

Şəhərin mərkəzində “Range Rover”ə hücum edildi – Ölən və yaralanan var (FOTO)

Ukraynanın paytaxtı Kiyevin mərkəzində bir avtomobilə açılan atəş nəticəsində 3 yaşlı uşağın dünyasını dəyişdiyi bildirilib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna rəsmilərinin açıqlamalarına görə işıqforun qırmızı işığında dayanan “Range Rover” markalı avtomobilə hücum edilib. Nəticədə 47 yaşlı Kiyev şəhər şurasının üzvü Vyaçeslav Sobolev yaralanıb, arxa oturacaqda əyləşən 3 yaşlı oğlu isə dünyasını dəyişib. Sui-qəsdin Sobolevin ailəsi ilə birlikdə restorandan çıxdıqdan sonra baş verdiyi məlum olub.

Kiyev polisi qətlin yaxınlıqdaki binaların birindən snayper ilə törədildiyini və 2 şübhəlini saxladıqlarını bildirib. 
 

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …