Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Səfirin oğlunun dəbdəbəli toyu İranda etirazlara səbəb oldu

Səfirin oğlunun dəbdəbəli toyu İranda etirazlara səbəb oldu

İran səfirlərindən birinin oğlunun dəbdəbəli toyu barədə xəbərin ölkənin 82 milyonluq əhalisinin əksəriyyətinin çətin dolandığı vaxtlarda yayılması geniş ictimai tənqidə səbəb olub. virtualaz.org “Azadlıq” radiosunun fars xidmətinə istinadən xəbər verir ki, qonşu ölkədə ab-hava Tehranın Danimarkadakı səfirinin oğlu Amir Möhsün Muradianla İranın geyim dizaynerlərindən və modellərindən biri Anaşid Hüseyninin dəbdəbəli Şahrək Qərb məhəlləsindəki lüks restoranda keçirilmiş toyundan əvvəl də əsəbi idi.

İranın milli valyutası rialın məzənnəsi ABŞ prezidenti Donald Trampın İran neftinin satışına qadağanı barədə xəbərlərdən sonra daha da düşüb. Ötən ilin dekabrında və bu ilin yanvarında ölkəni bürümüş antihökumət etirazların;n hərarəti hələ də hiss olunur.

Prezident Həsən Ruhani 2017-ci ilin seçki kampaniyasında yeni iş yerlərinin yaradılacağını vəd etmişdi, lakin indi qarşıdan gələn ayların iqtisadi-sosial baxımdan daha ağır olacağı, Tehran, İsfahan və Kərəj kimi şəhərlərdə etirazların bərpa olunacağı gözlənilir.

Və belə bir vaxtda Muradian-Hüseyni izdivacının dəbdəbəsi barədə xəbərlər yayılıb. Adamlar bu toya “milyardlarla” rialın xərcləndiyi barədə dedi-qodu edirlər. Bu toyda çəkilmiş fotolarda qonaqların arasında hökumət rəsmiləri də görünür. Populyar “Fararu” saytı yazır ki, bu “ecazkar” toy, yetkinlik yaşına çatmış 12 milyon iranlının özünə toy etmək imkanı olmadığı vaxtda keçiriluib.

Dəbdəbəli toy bəzilərini İranda getdikcə artan ədalətsizlik və bərabərsizliyin olmasına inandırıbsa, digərləri bunu rəsmilərin “inqilabın ideal və dəyərlərindən aralanması” kimi qiymətləndiriblər. Bütün bunlar cəmiyyətdə imtiyazlıların uşaqları – “ağazadələr” barədə debatları yenidən körükləyib.

İnternetdə yayılmış toy fotolarını görəndən sonra mühafizəkar ruhanilərdən biri deyib ki, belə hadisələr ölkənin dini hakimiyyətinə son qoyacaq.

Seyid Məhəmməd Mehdi Sadrulsadati İran inqilabının rəhbəri ayətüllah Xomeynini yada salaraq yazır: “Bəlkə imamın rəsmilərin həyat tərzlərinə dair nəsihətləri düzgün deyil?”Müqəddəs şiə şəhəri Qumda yaşayan Sadrolsadati rəsmilərin həyat tərzi sahəsində heç bir “siyasi mülahizələrə” varmadan şəffaflığın təmin edilməsini təbliğ edir.

Cəmiyyətdə tənqidin əsas ağırlığı gəlinin – Hüseyninin üzərinə düşüb. O müsahibələrindən birində demişdi ki, yalnız xarici brendləri geyinir və alış-veriş üçün də xaricə yollanır. Bir çox iranlılar gəlinin Instagram-a qoyulmuş şəkillərini postlayırlar, amma bu zaman fotolardakı çanta və geyimlərin üzərinə qiymət “yapışdırılar”. İstifadəçilərdən biri diqqəti belə bir məqama çəkir ki, xanım Hüseyni islami hicabı və bahalı brendləri təbliğ edir. Sosioloq Səid Saraf Twitter-də yazır ki, “İranın inqilabi gəncliyi lüks çadralı və kosmetikalı qadınların ardınca gedir”.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …