Ana səhifə / Dünya / Səfərbərliyə məsul olan rus polkovnik müəmmalı şəkildə güllələndi

Səfərbərliyə məsul olan rus polkovnik müəmmalı şəkildə güllələndi

Rusiyada yüksək rütbəli hərbçi müəmmalı şəkildə öldürülüb.

Bu barədə xarici KİV məlumat yayıb.

Qeyd edilir ki, S.O Makarova adına Sakit Okean Ali Dəniz Məktəbinin rəis müavini, Vladivostokdakı texniki təminat şöbəsinin rəisi, səfərbər olanlarla işlərə məsul şəxs olan polkovnik Vadim Boyko güllə yarasından həlak olub. Onun meyiti kabinetində tapılıb. İddia olunur ki, o otağına gələndən sonra beş güllə səsi eşidilib.

“Atışma səsini eşidən növbətçi əsgər otağa doğru qaçıb və Boykonun meyitini görüb. Polkovnik artıq keçinibmiş. Zabit özündən sonra intiharın səbəbi ilə bağlı hansısa yazı və ya qeyd qoymayıb. Onun öldüyü yerdə kriminalistlər tapanaça darağı, gilizlər tapıblar. Müstəntiqləri bir müəmmalı məsələ maraqlandırır ki, əgər burada intihara cəhd olubsa və hansısa qeydlərdən əsər-əlamət yoxdursa, necə olub ki, o özünə 5 dəfə sinədən vura bilib.”, – saytlar yazıb.

Bildirilir ki, polkovnikin aradan götürülməsi ehtimalı daha real səslənir. Çünki normalda bir və ya ikinci atəşdən sonra digər cəhdlərə ehtiyac qalmır, ya da intihar cəhdi alınmır.

ABŞ mediası isə yazır ki, son aylarda bir neçə tanınmış rus müəmmalı şəraitdə ölməsi ortaya çıxır. Onların əksəriyyəti Putinin Ukraynaya hücumunu tənqid ediblər.AzVision.az

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …