Ana səhifə / Dünya / Səddam Hüseynin qızı İraq hakimiyyətini məhkəməyə verəcək

Səddam Hüseynin qızı İraq hakimiyyətini məhkəməyə verəcək

Səddam Hüseynin böyük qızı Raqad İraq hakimiyyətini məhkəməyə verəcək. TASS xəbər verir ki, o, beynəlxalq məhkəmədə maraqlarının təmin olunması ilə bağlı iddia qaldıracaq.

Xəbərdə bildirilir ki, İraq hakimiyyəti Raqad Səddamın sərvətinin müsadirə edilməsi barədə qərar çıxarıb. İraq hökuməti yanında komissiyanın tərtib etdiyi siyahıya 4 257 nəfər daxildir. Onların arasında Səddam Hüseynin övladları, nəvələri, başqa qohumları, ölkə əyalətlərinin keçmiş qubernatorları, dövlət təhlükəsizlik komitəsinin, kəşfiyyatın, Silahlı Qüvvələrin keçmiş zabitləri, habelə keçmiş prezidentin şəxsi mühafizəçiləri, 2003-cü ildə buraxılan İraq Ərəb Sosialist Dirçəliş Partiyasının (BAAS) üzvlərinin adları da var.

Adları siyahıda olanların hamısının daşınmaz əmlakları və sərvətləri İraq Maliyyə Nazirliyinə təhvil veriləcək.

Siyahıda Səddam Hüseynin edam olunmuş dayısı oğlu Əli Həsən əl-Məcdid, ögey qardaşı Barzan İbrahim əl-Həsən ət-Tikriti, vitse-prezident Taha Yasin Ramadan, xüsusi katibi Abdel Hamid Mahmudun da adları var.

Qeyd edək ki, Səddam Hüseyn 1979-cu il iyulun 16-dan 2003-cü il aprelin 9-dək İraqın prezidenti olub.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …