Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Dünya / Səudiyyəli jurnalistin cəsədi quyudan tapıldı

Səudiyyəli jurnalistin cəsədi quyudan tapıldı

Səudiyyə Ərəbistanından olan müxalif jurnalist Camal Kaşıkçının cəsədi İstanbulda quyuda aşkar edilib.Azinforum.az-ın  “RİA Novosti” agentliyinə istinadla xəbərinə görə, bununla bağlı “VƏTƏN” partiyasının sədri Doğu Pərinçək məlumat verib.

Onun sözlərinə əsasən, cəsəd Səudiyyə Ərəbsitanının İstanbuldakı baş konsulluğunun ərazisindəki quyuda tapılıb.
Perincek bu məlumatı İstanbul təhlükəsizlik xidmətindəki mənbədən aldığını bildirib.

Xatırladaq ki, Kaşıkçı oktyabrın 2-də sənəd almaq üçün İstanbulda yerləşən Səudiyyə Ərəbistanı konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb.

Həmçinin oxuyun

Ermənistan prezidenti Brüsselə gedib

Ermənistan prezidenti Armen Sarkisyan Brüsselə yola düşüb. Bu barədə TASS xəbər verir. Səfər zamanı Dağlıq …