Şənbə , Mart 2 2024
Ana səhifə / Dünya / Səudiyyə Baş Prokurorluğu Kaşıkçının qətlinə görə – 5 nəfərin edamını istədi

Səudiyyə Baş Prokurorluğu Kaşıkçının qətlinə görə – 5 nəfərin edamını istədi

Səudiyyə Ərəbistanı Baş Prokurorluğu jurnalist Camal Kaşıkçı cinayəti ilə bağlı edam cəzası istəyib.

“Qafqazinfo” xəbər verir ki, Səudiyyə baş prokurorunun sözlərinə görə, Kaşıkçı cinayəti ilə bağlı 21 şübhəli saxlanılıb. Lakin onlardan ancaq 11-nə qarşı ittiham irəli sürülüb. Beşi üçün edam cəzası istənilsə də, yerdə qalanlar şəriətə uyğun alacaqları cəzalarını gözləyirlər.

Səudiyyə Baş Prokurorluğunun açıqlamasında, eyni zamanda jurnalistin çəkişmə və yüksək dozada dərmandan öldüyü təsdiqlənib.

Prokurorluq cəsədin hissələrə ayrılaraq İstanbul Baş Konsulluğu binasından çıxarıldığını vurğulayıb.

Həmçinin oxuyun

“Prioritetimiz Ukrayna deyil, ölkənin sərhədidir” – Mayk Conson

“Prioritetimiz ölkənin cənub sərhədindəki böhranı həll etməkdir, Ukraynaya kömək üçün vəsait ayırmaq deyil”.Bunu ABŞ Nümayəndələr …