Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Dünya / Səudiyyə Ərəbistanında növbəti kütləvi həbslər

Səudiyyə Ərəbistanında növbəti kütləvi həbslər

Səudiyyə Ərəbistanının baş prokuroru əl-Mucib Səud korrupsiya işlərinin araşdırılması çərçivəsində 208 nəfərin tutulduğunu, sonradan onlardan 7-sinin azadlığa buraxıldığını bildirib.

Bununla belə, baş prokuror istintaq sirrinə istinad edərək bu mərhələdə saxlanılanlarla bağlı şəxsi məlumatları açıqlamaqdan imtina edib.

Xatırladaq ki, bazar günü Səudiyyə Ərəbistanında vəliəhd Məhəmməd bin Salmanın rəhbərliyi altında Korrupsiya ilə mübarizə üzrə Ali Komitə təxminən 40 nüfuzlu şəxsin saxlanılması barədə göstəriş verib. Onların arasında kral ailəsinin üzvləri, nazirlər, hərbçilər və sahibkarlar var. Virtualaz.org

Həmçinin oxuyun

İran mediası Makronu şeytana bənzətdi- “Paris İblisi…”

Paytaxt Tehranda mühafizəkar bir qəzet olan “Vətən Emrooz” Fransa prezidenti Emmanuel Makronun İslam dininə qarşı …