Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Dünya / Səudiyyə Ərəbistanı İsrail şahmatçılarını dünya çempionatına buraxmadı

Səudiyyə Ərəbistanı İsrail şahmatçılarını dünya çempionatına buraxmadı

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçiriləcək blits və rapid üzrə dünya şahmat çempionatında iştirak üçün İsraili təmsil edən 7 şahmatçıya viza veriməyib. Virtualaz.org xəbər verir ki, bu barədə İsrail Şahmat Federasiyasının mətbuat katibi Lior Ayzenberq bildirib.

“Əgər şahmatçılara yarışda iştirak etməyə əngəllər törədilirsə, bu artıq dünya çempionatı deyil. Hər bir şahmatçı özünün peşəkar qabiliyyətlərinə görə iştirak haqqı əldə etməlidir, milliyyətinə görə deyil”, – Ayzenberq “Reuters”ə verdiyi şərhdə deyib.

O, həmçinin qeyd edib ki, İsrail Şahmat Federasiyası FİDE qarşısında yaranmış vəziyyətlə bağlı iddia qaldırmağı düşünür.

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) vitse-prezidenti İsrael Gelfer əlavə edib ki, israilli şahmatçılara viza verilməyib və verilməyəcək.

Mənbə qeyd edir ki, dünya çempionatı Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdüləziz əl-Səudun adını daşıyır və mükafat fondu 2 milyon dollara bərabərdir.

Xatırladaq ki, Sıudiyyə Ərəbistanı ilə İsrail arasında diplomatik əlaqələr yoxdur.

Həmçinin oxuyun

Ermənistan iqtisadiyyatı dərin böhranla üz-üzə – TƏHLİL

Pandemiya başladıqdan sonra Ermənistanda iqtisadi vəziyyətin pisləşməsi əsaslı qiymət artımının baş verməsi və milli valyutanın …