Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Dünya / “Sərkisyanın helikopteri vurulmalıdır” – Politoloq

“Sərkisyanın helikopteri vurulmalıdır” – Politoloq

Ermənistan prezidenti Serj Sərkisyan Dağlıq Qarabağa gələrkən helikoteri Azərbaycan silahlı qüvvələri tərəfindən vurulmalıdır.
Azinforum.az xəbər verir ki, bunu Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, belə bir hadisə baş versə, məsuliyyət Ermənistan tərəfində olacaq:
“Ermənistan prezidenti Serj Sərkisyan Dağlıq Qarabağa helikoterlə gəlib-gedir. Həmin helikopter Azərbaycan sərhədini hər dəfə pozur. Sərhəd pozucusuyla necə rəftar edirlər? Bəli hava məkanını icazəsiz və mütəmadi pozan təyyarəni və helikopteri vururlar. Bəs belə isə Sərkisyanın helikopterini də vurmaq olarmı? Olar. Ancaq bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi bu səpgili açıqlama yayınlamalıdır: “Azərbaycan hava məkanını pozanlara qarşı tədbirlər sərtləşəcək, hərbi təyyarələrimiz Qarabağ və işğal altındakı digər torpaqlar da olmaqla ölkənin hava məkanı üzərindəki nəzarəti gücləndirir”. Bundan sonrasına görə məsuliyyət hava sərhədini pozanların üzərində olacaq. Torpaq işğal altındadır, hava məkanı ki, işğal olunmayıb. Kimsə bizə Qarabağ səmasını nəzarət altına almağa mane ola bilməz! Müxtəlif ölkələrdən alınan hərbi təyyarələrimizin uçuşlarını intensivləşdirməsinə ehtiyac var”.

Həmçinin oxuyun

Bayden ABŞ tarixində ilkə imza atdı

Demokrat Cozef Bayden ABŞ tarixində prezident seçkilərində 80 milyondan çox səs toplayan ilk namizəddir. Bir …