Ana səhifə / Dünya / Səfərbərlik qanunu dəyişir – Qadınlar üçün də məcburi olacaq

Səfərbərlik qanunu dəyişir – Qadınlar üçün də məcburi olacaq

Səfərbərlik haqqında yeni qanun hələ baxılmağa başlamazdan əvvəl ayrı-ayrı Teleqram kanallarında ölkədə qadınların səfərbərliyi ilə bağlı qanunvericiliyə dəyişikliyin ediləcəyi məlumatı yayılıb. Dezinformasiyaya qarşı Mübarizə Mərkəzi bunu təkzib edib.

Ukraynalı hüquqşünas Lüdmila Kroxmalyuk isə səfərbərliyin olacağını deyib.

Ekspert bildirib ki, müvafiq yaşda və sağlamlıqda olan, tibb və ya əczaçılıq ixtisasına malik qadınlar məcburi hərbi qeydiyyata alınacaq: “Hərbi qeydiyyatla bağlı ixtisası və ya peşəsi olan qadınlar öz xahişləri ilə hərbi qeydiyyata alınacaqlar. Bu, bütün qadın həkimlər və əczaçıların səfərbər ediləcəyi anlamına gəlmir.

Yenilənmiş qanun layihəsində hərbi uçotda olan qadınların yalnız onların razılığı ilə – könüllülük əsasında hərbi xidmətə çağırıla və ya müharibə vaxtı dövlətin müdafiəsini təmin etmək üzrə işlərin görülməsinə cəlb edilə biləcəyini nəzərdə tutan müddəa öz əksini tapıb”.

Kroxmalyuk qeyd edib ki, qanunda orduda gender bərabərliyi məsələsini tənzimləyən norma var. Həmçinin o vurğulayıb ki, hərbi qeydiyyatın müəyyən edilmiş qaydalarına əməl edilməməsi inzibati cərimənin tətbiqini nəzərdə tutur. Ekspert bu baxımdan cərimələrin artırılacağına da diqqət çəkib.

Lüdmila Kroxmalyuk yeni qanunun kimlərə şamil olunacağını da açıqlayıb: “Kimə şamil olunacaq? Həkim və əczaçı, eləcə də müqavilə ilə könüllü xidmətə gedən qadınlara.

Bəs xaricdəki qadın həkimlər və əczaçılar? Belə məhdudiyyətlər yalnız kişilərə şamil olunacaq.

Bəs qız tələbələr? Ali təhsil müəssisələrində tələbə qızlar üçün ilkin hərbi hazırlıq könüllülük əsasında aparılacaq. Hərbi vəziyyət dövründə bunun müddəti üç aya qədər olacaq. İcrasına 2025-ci il sentyabrın 1-dən başlanacaq.

Qanun nə vaxt qüvvəyə minəcək? Hazırda qanun Ali Rada sədrinin imzası üçün hazırlanır, bundan sonra prezident tərəfindən imzalanmalıdır. Yalnız bundan sonra sənəd rəsmi dərc olunacaq və dərc edildiyi gündən bir ay sonra (müəyyən müddəalar istisna olmaqla) qüvvəyə minəcək”./Teleqraf.com

Həmçinin oxuyun

Tbilisidə etirazçılar Rusiya bayrağını yandırıblar

Gürcüstanın paytaxtı Tbilisi şəhərində “xarici agentlər haqqında” qanuna etiraz bildirən nümayişçilər parlament binası yaxınlığında Rusiya …