Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Dünya / Rza Zərrab ittihamları qəbul etdi – Bankirin əleyhinə ifadə verəcək

Rza Zərrab ittihamları qəbul etdi – Bankirin əleyhinə ifadə verəcək

Amerikada həbs edilən Azərbaycan əsilli iş adamı Rza Zərrab haqqında səslənən ittihamları qəbul edib.

Bu barədə DHA agentliyi hakim Riçard Bermana istinadən məlumat yayıb.

Bildirilib ki, iş adamı ittihamları qəbul edərək, məhkəmədə “Xalq Bank”ın baş direktorunun müavini Hakan Atillanın əleyhinə ifadə verəcək.

Berman vurğulayıb ki, Rza Zərrab bu gün, ya da sabah məhkəmə iclasına gətiriləcək.

Xatırladaq ki, Azərbaycan əsilli iş adamı Rza Zərrab ABŞ-ın Mayami şəhərində həbs olunub. 33 yaşlı milyarder İrana tətbiq olunan sanksiyaları pozaraq ABŞ-ı aldatmaq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunur. (AzVision.az)

Həmçinin oxuyun

Aparıcı Rusiya saytı Qarabağdakı separatçı-terrorçu rejimin “bayrağı”nın reklamına başladı…-FOTO

Eyni sayt 2016-cı ildə  qondarma rejimin başçısı Bako Saakyanla müsahibə dərc etmişdi… Rusiyanın məşhur Lenta.ru …