Bazar ertəsi , Sentyabr 27 2021
Ana səhifə / Dünya / Rusların 55 faizi Putinə güvənir – SORĞU

Rusların 55 faizi Putinə güvənir – SORĞU

Rusiyada İctimai Rəy Fondu (FOM) tərəfindən aparılan sorğunun nəticələrinə görə məlum olub ki, vətəndaşların yarıdan çoxu Prezident Vladimir Putinə etibar edir.

Rəyi soruşulanların 55% -i prezidentə “daha çox güvəndiklərini”, respondentlərin 32% -i dövlət başçısına “etibar etmədiklərini”, digər 13% isə cavab verməkdə çətinlik çəkdiyini söyləyib.

Sorğuda iştirak edənlərin 58% -nin fikrincə, Putin öz vəzifəsinin öhdəsindən yaxşı gələ bilir. Əks fikirdə olanlar isə 26% təşkil edib. 16% cavab verməkdə çətinlik çəkib.

Qeyd edək ki, sorğu 6-8 may tarixlərində Rusiya Federasiyasının 53 ərazisinin 104 yaşayış məntəqəsində 18 yaşdan yuxarı 1,5 min respondent arasında aparılıb. Azvision.az

Həmçinin oxuyun

İmran Xan: “Dünya 3 təhdidlə toqquşub”

Dünya üç çağırışla – COVİD-19 pandemiyası, iqtisadi böhran və iqlim dəyişikliyi ilə əlaqədar təhdidlərlə toqquşub. …