Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / “Ruslara bizi ələ salmağa və bunun ləzzətini yaşamağa imkan verməməliyik”

“Ruslara bizi ələ salmağa və bunun ləzzətini yaşamağa imkan verməməliyik”

ABŞ demokratları Rusiyanın Konqres seçkilərinə müdaxiləsi ilə bağlı müdafiə tədbirlərinin görülməsini tələb edir.

ABŞ Demokrat partiyasının Konqresdəki fraksiyası Kremlin Konqresə keçiriləcək seçkilərdə müdaxiləsinn qarşısının alınması məqsədilə 1 milyard dollar pul ayrılması barədə qanun təklifi veriblər.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, belə bir müdaxilənin həyata keçiriləcəyi barədə xəbərdarlıq Milli Kəşfiyyat İdarəsinin direktoru Daniel Kouts tərəfindən də edilib.

“Ruslara bizi ələ salmağa və bundan ləzzət almağa imkan verməli deyilik. Onların məqsədi demokratiyanı məhv etməkdir”, – demokratların Nümayəndələr palatasındakı lideri Nensi Pelosi bəyan edib.

Demokratlar 1 milyardlıq vəsaitin hamısının bu il xərclənməsini tələb edirlər. Onların fikrincə, bu vəsait əsasən kağız bülletenlərini əvəz edəcək maşınların alınmasına, habelə bununla bağlı təhlükəsizliyin təmin olunması sahəsində çalışan personala xərclənməlidir. Bundan başqa, demokratlar eyni məqsədlə növbəti 5 ildə daha 1,75 milyard dollar ayırmasını istəyirlər.

Картинки по запросу russia us election

Xatırladaq ki, bu ilin noyabrında ABŞ Konqresində boşalacaq yerlərə seçkilər keçirilməlidir. Həmin seçkilərdə Nümayəndələr Palatasının bütün tərkibi, Senatın isə üçdə bir hissəsi yenidən seçilməlidir. Bundan başqa, eyni gündə bir neçə ştatda qubernator və qanunverici palataralara da seçkilər təyin olunub.

Qanun layihəsinin elan olunduğu gün demokratlar Donald Tramp və Respublikaçılar partiyasını “Rusiyanın müdaxiləsinə” qarşı hərəkətsiz davranmaqda suçlayan bəyanatla çıxış ediblər.

“Demokratiyanı qorumaq Trampın konstitusiya ilə üzərinə qoyulmuş vəzifədir. Lakin o, aktiv surətdə öz işinin yerinə yetirilməsindən boyun qaçırır. Bu situsaiya dəyişməlidir”,- Nensi Pelosi özünün tvitter hesabında yazıb.

Pelosinin partiyadakı həmkarı, İllinoys ştatından Nümayəndələr palatasının üzvü Robin Kelli də dəstəkləyib. “2016-cı ildən bu yana biz Rusiyanın 21 ştatda səsvermə sistemini sındırdığını bilirik. Lakin bu vaxta qədər Respubilikaçılar partiyası gələcəkdə belə halların qarşısının alınması üçün heç bir iş görməyib”, – xanım Kelli bildirib.

Картинки по запросу russian hackers us election

Respublikaçılar isə tam əksini söyləyir .Vitse-prezident Maykl Pens “Axios” jurnalına verdiyi müsahibədə hökumətin gələcəkdə haker hücumlarından qorunmaq üçün fəaliyyətini gücləndirdiyini söyləyib. Pens bunların arxasında şəxsən Rusiyanın durduğunu vurğulayıb.

Bundan daha öncə isə prezident Donald Tramp Rusiyanın seçkilərə təsirinin qarşısınnın alınması barədə məsul olduğunu bəyan edib. Onun 2019-cu il üçün nəzərdə tutulan büdcədə Rusiyanın vitrual hücumlarına, habelə qara təbliğat vasitələri ilə dezinformasiya siyasətinə qarşı 661 milyon dolllar pul ayırmaq istədiyi məlum olub.

“ABŞ istənilən halda Ruisyanın səsvermənin nəticələrinə təsir göstərə biləcək yeni hücumlarına hazır olmalıdır. Biz Rusiyanın ABŞ-dakı siyasi ziddiyyətləri dərinləşdirməkdən ötrü televiziya təbliğatı, sosial şəbəkələrlə trollinq, müxtəlif şəxslər vasitəsilə ziyanverici fəaliyyət göstərəcəyini bilirik. 2018-ci ildəki seçkilər Rusiyanın bu məqsədlə aparacağı əməliyyatlar üçün potensial hədəfdir”, – mill kəşfiyyatın direktoru Daniel Kouts bildirib.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …