Bazar ertəsi , Aprel 22 2024
Ana səhifə / Dünya / Ruslar on milyonluq “Abrams” tanklarını nə ilə vurur? – FOTO

Ruslar on milyonluq “Abrams” tanklarını nə ilə vurur? – FOTO

Rusiya hərbçiləri Ukraynada artıq Amerika istehsalı olan bir neçə “Abrams” tankını məhv edib. Dünya mətbuatı onların buna necə nail olduğunu araşdırıb.

Bakupost.az xəbər verir ki, Çinin “Asia Times” nəşri ilk iki “Abrams”ın ucuz rus pilotsuz təyyarələri tərəfindən vurulduğunu bildirib.

Nəşr qeyd edir ki, söhbət plastikdən hazırlanan və təxminən 500 dollar dəyərində olan “Upır” pilotsuz təyyarələrindən gedir.

Qeyd edək ki, “Abrams” tankının dəyəri 10 milyon dollardan çoxdur.

Öz növbəsində TASS bildirib ki, “Upır” PUA-sı cəbhənin dərinliklərində düşmənə hücum etmək üçün Sverdlovsk vilayətində hazırlanıb. Bu pilotsuz təyyarənin köməyi ilə Rusiya hərbçiləri artıq Dneprdə desant qüvvələri olan qayıqları, istehkamları, dayaq məntəqələrini məhv ediblər. Pilotsuz təyyarə cəbhə bölgəsinə kömək edən bir qrup həvəskar tərəfindən hazırlanıb.

Həmçinin oxuyun

Vanqanın proqnozları ortaya çıxdı: May-dekabr aylarında dünyanı nə gözləyir?

Dünyaca məşhur görücü Vanqa 2024-cü ildə bir çox xoşagəlməz hadisələrin baş verəcəyini proqnozlaşdırıb. Lent.az xarici …