Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Dünya / Rusiyaya 3 ədəd qırıcı təyyarə hədiyyə ediləcək

Rusiyaya 3 ədəd qırıcı təyyarə hədiyyə ediləcək

Rusiya prezidenti Vladimir Putin 4-5 oktyabr tarixlərində Hindistanın paytaxtı Yeni Dehliyə səfər edəcək.

“ Azinforum.az ” “Sputnik”ə istinadən xəbər verir ki, Putinin Hindistanın baş naziri Narendra Modi ilə keçirəcəyi görüşdə Rusiyaya 3 ədəd “Mig-21” supersonik (səsdən sürətli) qırıcı təyyarə hədiyyə ediləcəyi iddia edilib.

Hədiyyələrin iki ölkə arasındakı münasibətlərin və dərin starteji müttəfiqliyin gücləndirilməsi məqsədilə veriləcəyi bildirilir.

Kreml sözçüsü Dmitri Peskov görüşlərdə əsasən hərbi-texniki məsələlərin müzakirə ediləcəyini açıqlayıb.

Qeyd edək ki, SSRİ dövründə istehsal edilən “Mig-21” təyyarələri ilk uçuşlarını 1956-cı ildə edib. Hindistan bu təyyarələrdən 1963-cü ildən etibarən almağa başlamışdı.

Həmçinin oxuyun

Ankaradan Qahirəyə sərt reaksiya: “Misirin vəzifəsi terrora xidmət etmək deyil”

Suriyada terrorla mübarizədə şəhidlər verən, 4 milyona yaxın suriyalı miqranta qucaq açan Türkiyəyə qarşı bu …