Sosial şəbəkədə biz:
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
Xəbər Şəkli

Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib

13 February 2026, 09:00
Dünya

Rusiya Federasiyasının xarici dövlət borcu 2006-cı ildən bəri ilk dəfə 60 milyard dollar həddini keçib.

Bu barədə "RİA Novosti" Rusiya Maliyyə Nazirliyinin statistikasına istinadən məlumat yayıb.

Belə ki, Rusiyanın xarici dövlət borcu 2026-cı il fevralın 1-nə olan vəziyyətinə görə 61,97 milyard dollara çatıb.

Rusiya Maliyyə Nazirliyinin məlumatlarına görə, 2006-cı il yanvarın 1-i xarici dövlət borcu 76,5 milyard dollar təşkil edib, artıq 2007-ci il yanvarın 1-də isə 52 milyard dollara düşüb. Borc həmin vaxtdan bəri 60 milyard dollar həddini aşmamışdı. Report